BMT Baş katibi Entoni Quterreş Türkiyeyə təşəkkür edib

BMT Baş katibinin sözçüsü Stefan Düjarrik mətbuat konfransı keçirib.

1901694
BMT Baş katibi Entoni Quterreş Türkiyeyə təşəkkür edib

BMT Baş katibi Entoni Quterreş Türkiyeyə təşəkkür edib.

Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik mətbuat konfransında bildirib.

Sözçü BMT Baş katibi Entoni Quterreşin Türkiyenin diplomatik cəhdlərindən sonra Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsü sazişinə qayıtmasını yüksək qiymətləndirdiyini deyib: “Taxıl dəhlizi yenidən açıldı. A.Quterreş Türkiyeyə diplomatik səylərinə görə təşəkkür edir və bildirir ki, o, müqavilənin yenilənməsi və Rusiyanın ərzaq və gübrə ixracı qarşısındakı maneələrin aradan qaldırılması üçün bütün tərəflərlə danışıqlara davam edir”.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bəyan edib ki, BMT-nin iştirakı və Türkiyenin dəstəyi sayəsində taxıl sazişi ilə bağlı Ukraynadan lazımi yazılı zəmanətləri alıblar:

“Rusiya üçün aldığı zəmanətlər kifayətdir və taxıl sazişində iştirakını davam etdirəcək”.



Әlaqәli Xәbәrlәr