Fanatik yәhudilәr yenә Әl-Әqsa mәscidinә basqın edib

Fanatik yəhudilərdən ibarət 300 nəfərlik qrup İsrail polisinin müşayiəti altında Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə basqın edib.

1900596
Fanatik yәhudilәr yenә Әl-Әqsa mәscidinә basqın edib

Fanatik yəhudilərdən ibarət 300 nəfərlik qrup İsrail polisinin müşayiəti altında Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə basqın edib.

Bu barәdә Qüds İslam Vәqflәri İdarәsi mәlumat yayıb. Mәlumatda 300 fanatik yәhudinin qruplar şәklindә mәscidin әrazisinә daxil olduğu vurğulanıb.

26 oktyabr 1994-cü ildə İsrail və İordaniya arasında imzalanan sülh müqaviləsinə əsasən, Məscidül-Əqsa İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslik Nazirliyinə tabe olan Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir, ancaq  yəhudilər 2003-cü ildən etibarən idarənin icazəsi olmadan İsrailin birtərəfli qərarı ilə müqəddəs məkana polisin müşayiəti ilə daxil olur.
Bu addımı basqın kimi xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu bildirir.
Status-kvoya görə, fanatik yəhudi qrupların Əqsada ibadət etməsinə icazə verilməməlidir. Ancaq fanatik yəhudilər İsrail polisinin müşayiəti ilə vaxtaşırı Əqsaya basqın edirlər.



Әlaqәli Xәbәrlәr