Lula da Silvanın Braziliyadakı prezident seçkilərində qələbəsi

Lula da Silvanın Braziliyadakı prezident seçkilərində qələbəsi rəsmiləşib.

1899655
Lula da Silvanın Braziliyadakı prezident seçkilərində qələbəsi

Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula da Silva ölkəyə 2023-2027-ci illər ərzində üçüncü dəfə rəhbərlik edəcək.

Ali Seçki Məhkəməsi onun seçkilərin ikinci turunda 50,9 % səs topladığını açıqlayıb.

Səslərin 100 faizinin hesablanması ilə Lula da Silvanın nəticəsi 50,9 faiz olub. Onun rəqibi, hazırkı Prezident Jair Bolsonarunu səsverməyə gələnlərin 49,1%-i dəstəkləyib.

Ali Seçki Məhkəməsinin bildirdiyinə görə, mütləq rəqəmlərdə Lulanın Bolsonaru üzərində üstünlüyü, demək olar ki, 2,14 milyon səs olub. Ümumilikdə, oktyabrın 30-da keçirilən səsvermədə səs hüququ olan 156,4 milyon vətəndaşdan 118,55 milyon seçici iştirak edib.

Lula özünün tviter hesabında "Demokratiya" qeydi ilə Braziliya bayrağını paylaşıb.

Luiz İnasio Lula da Silva prezident postunu yanvarın 1-də Bolsonarodan təhvil alacaq.

2003-2010-cu illərdə iki müddət Braziliya prezidenti olmuş 77 yaşlı Lula da Silva korrupsiya iddialarına görə 1 il yarım həbsdə olub və işlərə xitam verildikdən sonra yenidən prezidentlik yarışına çıxıb.



Әlaqәli Xәbәrlәr