Cənubi Koreya və ABŞ birgə hərbi təlim keçirir

Şimali Koreyanın həyata keçirdiyi raket sınaqları  Koreya yarımadasındakı gərginliyi artırıb.

1899778
Cənubi Koreya və ABŞ birgə hərbi təlim keçirir

Şimali Koreyanın həyata keçirdiyi raket sınaqları  Koreya yarımadasındakı gərginliyi artırıb. Cənubi Koreya və ABŞ  son 5 ilin ilk genişmiqyaslı birgə hava təliminə bu gün başlayıb.
Cənubi Koreya Hərbi Hava Qüvvələrinin 140 döyüş təyyarəsinin iştirak etdiyi təlimə ABŞ ordusunun təxminən 100 təyyarə ilə qatıldığı bildirilib. Təlim çərçivəsində 1600 döyüş əməliyyatının keçiriləcəyi bildirilir.Təlimin noyabrın 4-dək davam etməsi planlaşdırılır.
Qeyd edək ki, Şimali Koreya ilin əvvəlindən bu yana qısa və uzun mənzilli ballistik raketlər və qanadlı raketlər də daxil olmaqla 28 raket sınağı həyata keçirib. Cənubi Koreya ilə Şimali Koreya arasındakı gərginlik Koreya yarımadasında təhlükəsizliklə bağlı narahatlıqları  artırıb.



Әlaqәli Xәbәrlәr