Lloyd Austin əhəmiyyətli bəyanatlar verib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Austin bildirib ki, Amerikanın müdafiə strategiyası Rusiyanı “kəskin təhlükə” olaraq görür.

1898755
Lloyd Austin əhəmiyyətli bəyanatlar verib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Austin bildirib ki, Amerikanın müdafiə strategiyası Rusiyanı “kəskin təhlükə” olaraq görür.
Bu barədə Lloyd Austin Pentaqanda keçirdiyi mətbuat konfransında deyib.
Rusiyanın Ukrayna müharibəsi ilə onilliklərdir davam edən Avropa təhlükəsizlik arxitekturasına mənfi təsir göstərdiyini vurğulayan Austin  Moskvanı "kəskin təhlükə'' olaraq gördüklərini söyləyib.
Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə etmə ehtimalı ilə bağlı sualı cavablandıran amerikalı nazir vurğulayıb ki, Moskva administrasiyasının bu istiqamətdə atacağı addım beynəlxalq siyasəti dəyişdirəcək.
Bu arada Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Rusiya ABŞ-ın mülki peyklərini vurarsa, lazımi cavab veriləcək.
Con Kirbi “Zoom” proqramı vasitəsilə keçirilən mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının yürütdüyü xarici siyasəti qiymətləndirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Konstantin Vorontsovun Birləşmiş Millətlər Təşkilatının  Baş Assambleyasındakı çıxışında ABŞ-ın Ukraynaya yardımının davam edəcəyi təqdirdə  bu ölkənin mülki peyklərinin Rusiyanın “qanuni hədəfinə” çevrilə biləcəyi ilə bağlı açıqlaması ilə əlaqədar sualı cavablandıran Con Kirbi Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsini davam etdirməsini “ təhlükəli” adlandırıb.
"Biz Ukraynaya yardımımızı səmimi şəkildə davam etdirəcəyik. Bizim yanaşmamızı heç nə dəyişdirməyəcək. ABŞ-ın infrastrukturuna istənilən hücuma lazımi cavab veriləcək'',-deyə Con Kirbi vurğulayıb.



Әlaqәli Xәbәrlәr