Sergey Lavrov: ''Qərb Rusiyaya qarşı ''hibrid müharibə''yə başlayıb''

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Patriarxlığının təşkilatçılığı ilə paytaxt Moskvada keçirilən Dünya Rus Xalqları Assambleyasının 24-cü toplantısına göndərdiyi video müraciətində bildirib

1897647
Sergey Lavrov: ''Qərb Rusiyaya qarşı ''hibrid müharibə''yə başlayıb''

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin ölkəsinə qarşı “hibrid müharibə” başlatdığını bildirib.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Patriarxlığının təşkilatçılığı ilə paytaxt Moskvada keçirilən Dünya Rus Xalqları Assambleyasının 24-cü toplantısına göndərdiyi video müraciətində bildirib.
Sergey Lavrov deyib:“Düşmənlər Rusiya iqtisadiyyatını məhv etmək, daxili siyasi sabitliyi pozmaq, bizi döyüş meydanında məğlub etmək, nəticədə əsrlik dövlətimizi əhəmiyyətli dərəcədə zəiflətmək, hətta məhv etmək məqsədi güdürlər”.
Lavrov bildirib ki, dünyada öz hökmranlığını bərqərar etməyə çalışan Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılıq etdiyi Qərb ölkəmizə qarşı ''hibrid müharibə'' başladıb.
Lavrov həmçinin qeyd edib ki, Qərb ölkələri Ukraynaya hər cür dəstək verərək Rusiyanı dayandırmağa çalışırlar.
"Vaşinqton və onun NATO müttəfiqləri Ukraynadakı neonasistlərə silah tədarükünü artırır, kəşfiyyat məlumatlarını paylaşır, Ukraynaya xarici muzdlular göndərir. Bütün bunlar onları məsələnin tərəfinə çevirir”,-deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.
Qərb ölkələrinin Rus Pravoslav Kilsəsinin lideri Patriarx Kirilə qarşı sanksiyalar tətbiq etdiyinə diqqət çəkən Segey Lavrov deyib: “Qərb rus kilsəsinin mənəvi dəyərlərini pozmağa çalışır və rus dünyasına və xaricdəki cəmiyyətlərimizə güclü təzyiq göstərir”.



Әlaqәli Xәbәrlәr