İsrail əsgərləri İordan çayının qərb sahilində 4 fələstinlini öldürüb

Fələstin Səhiyyə Nazirliyi mövzuya dair açıqlama verib.

1897174
İsrail əsgərləri İordan çayının qərb sahilində 4 fələstinlini öldürüb

İsrail ordusunun Fələstinin işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhəri və Ramallah yaxınlığındakı Nəbi Saleh qəsəbəsinə etdiyi basqın zamanı əsgərlərin açdığı atəş nəticəsində həyatını itirən fələstinlilərin sayı 4-ə yüksəlib.

Fələstin Səhiyyə Nazirliyinin mövzuya dair açıqlamasında deyilir:

"İşğalçı qüvvələrin açdığı atəş nəticəsində 4 nəfər şəhid olub, 2-si ağır olmaqla 19 nəfər yaralanıb.
3 nəfər Nablusda, bir nəfər isə Ramallah yaxınlığındakı Nəbi Salih qəsəbəsində edilən basqınlar nəticəsində həyatını itirib".

Digər tərəfdən, Fələstin Prezident Aparatı İsrailin Nablusda şəhərindəki hərbi əməliyyatlarını "müharibə cinayəti" kimi qiymətləndirib.



Әlaqәli Xәbәrlәr