Burkina Fasoda hərbi bazaya hücum edilib, ölən və yaralananlar var
Burkina Fasoda hərbi bazaya edilən terror hücumu nəticəsində 10 əsgər həyatını itirib, azı 50 əsgər yaralanıb.
Burkina Fasoda hərbi bazaya edilən terror hücumu nəticəsində 10 əsgər həyatını itirib, azı 50 əsgər yaralanıb.
Burkina Faso Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada Soum əyalətinin Cibo şəhərindəki hərbi bazaya terror hücumunun edildiyi bildirilib.
Açıqlamada 10 əsgərin həyatını itirdiyi, azı 50 əsgərin yaralandığı qeyd olunub.
Bölgədə davam edən qarşıdurmalarda azı 18 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Xatırladaq ki,Burkina Fasoda hərbçilər sentyabrın 30-da hakimiyyəti ələ keçirib.
Malidəki Əl-Qaidə və DEAŞ-a tabe olan terror qruplaşmaları 2015-ci ildən etibarən Burkina Fasonun şimalında və şərqində vaxtaşırı hücumlar törədir.
Hökumətin məlumatına görə, 2015-ci ildən dekabr ayınadək törədilən hücumlar nəticəsində 600-ü təhlükəsizlik xidməti əməkdaşı olmaqla 2000 min adam həlak olub.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb