Bu ölkə sərhədlərini Rusiya vətəndaşlarına bağladı

Çexiya rusların ölkəyə girişini qadağan etdi

1897495
Bu ölkə sərhədlərini Rusiya vətəndaşlarına bağladı

Turizm, idman və ya mədəniyyət məqsədi ilə səyahət edən hər hansı Aİ üzv dövləti tərəfindən verilmiş etibarlı Şengen vizası olan ruslar  bu gündǝn  (25 oktyabr) etibarən Çexiyaya daxil ola bilməzlər.

Bu barədə “Praqa Radiosu” məlumat yayıb.

Beləliklə, Çexiya da Rusiyanın Ukraynanı işğal etməsinə cavab olaraq əvvəlki həftələrdə sərhədlərini rus turistlər üçün bağlayan Baltikyanı ölkələr, Polşa və Finlandiyaya qoşulub. 



Әlaqәli Xәbәrlәr