Rusiyanın “çirkli bomba” ilə bağlı xəbərdarlığına münasibət bildirilib

ABŞ, Fransa və İngiltərə Rusiyanın Ukraynanın öz ərazisində "çirkli bomba"dan istifadə etməyə hazırlaşdığına dair iddialarını təkzib edib və “gərginliyi artırmaq üçün istifadə ediləcək bəhanələri qəbul etməyəcəklərini” bildirib

1896666
Rusiyanın “çirkli bomba” ilə bağlı xəbərdarlığına münasibət bildirilib

ABŞ, Fransa və İngiltərə Rusiyanın Ukraynanın öz ərazisində "çirkli bomba"dan (radioaktiv tərkibli bomba) istifadə etməyə hazırlaşdığına dair iddialarını təkzib edib və “gərginliyi artırmaq üçün istifadə ediləcək bəhanələri qəbul etməyəcəklərini” bildirib. 

ABŞ, İngiltərə və Fransanın xarici işlər nazirləri (Antoni Blinken, Ceyms Kleverli, Ketrin Kolonna) verdikləri birgə bəyanatda bir daha “Rusiya təcavüzü” qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü sarsılmaz dəstəklədiklərini bildiriblər.

"Ölkələrimizin müdafiə nazirləri (Fransa müdafiə naziri Sebastyan Lekornu, İngiltərənin müdafiə naziri Ben Uolles və ABŞ müdafiə naziri Lloyd Ostin) Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə onun xahişi ilə ayrıca görüşüblər. Ölkələrimiz Rusiyanın Ukraynanın öz ərazilərində "çirkli bomda"dan istifadə etməyə hazırlaşdığına dair iddialarını qəbul etməyib. Dünya bu iddaların bölgədə gərginliyin artırılmasına bəhanə edilməsinə dair hər cəhdi görəcəkdir. Rusiyanın gərginliyi artırmaq üçün bu bəhanələrini rədd edirik”, -deyə açıqlamada qeyd edilib. 

Açıqlamada sözügedən üç ölkənin xarici işlər nazirlərinin Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardımların davam etdirildiyini dilə gətirdikləri vurğulanıb.

Digər tərəfdən, ABŞ dövlət katibi Antoni Blinken Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə telefon danışığı aparıb.

ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada Blinkenin Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə sarsılmaz dəstəyini təkrarladığı bildirilib.

Blinkenin Rusiya müdafiə naziri Şoyqunun “çirkli bomba” iddialarını rədd etdiyinə diqqət çəkərək, Ukraynaya beynəlxalq yardımların da müzakirə edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr