Burundi Ruanda ilə olan sərhədi yenidən açıb

Şərqi Afrika ölkəsi Burundi 2015-ci ildən bağlı olan Ruanda ilə sərhədini açıb.

1896691
Burundi Ruanda ilə olan sərhədi yenidən açıb

Burundi Daxili İşlər Nazirliyindən verilən açıqlamada Ruanda ilə sərhədin açılması ilə daha heç bir qonşu ölkələ ilə bağlı sərhədlərinin qalmadığını qeyd edib.

Şimalda Ruanda, qərbdə Konqo Demokratik Respublikası və şərqdə Tanzaniya ilə qonşu olan Burundi 2015-ci il mayın 13-də çevriliş cəhdinin arxasında Ruandanın olduğunu iddia edərək sərhədlərini bağlamışdı.



Әlaqәli Xәbәrlәr