Kolumbiya Prezidenti: “ABŞ dünya iqtisadiyyatını məhv edir”

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-ı qlobal iqtisadiyyatı məhv etməkdə ittiham edib.

1895817
Kolumbiya Prezidenti: “ABŞ dünya iqtisadiyyatını məhv edir”

Amerika Birləşmiş Ştatları digər ölkələri nəzərə almadan öz iqtisadiyyatını qorumaq üçün dünya iqtisadiyyatını məhv edir.

Bunu  deyən Kolumbiya Prezidenti Qustavo Petronun fikrincə, qarşıdan şübhəsiz iqtisadi böhran gəlir və ABŞ faktiki olaraq dünyanın bütün iqtisadiyyatlarını məhv edir.

Petro əlavə edib ki, ruslar, avropalılar qitədə qaz və enerji uğrunda müharibəyə başladıqdan sonra Avropa iqtisadiyyatı çökür və Almaniya, Böyük Britaniya, İspaniya, Fransa böhran içindədir.

“ABŞ bəzən nəticələrini düşünmədən özünü qorumaq üçün tədbirlər görür. Latın Amerikası ölkələrinin iqtisadiyyatı zəifləyib, Latın Amerikası talan edilib. Bütün valyutalarımız dəyər itirir, təkcə Kolumbiya pesosu deyil”.

 

 



Әlaqәli Xәbәrlәr