Fransa paytaxtında keçirilən nümayiş zamanı 15 nəfər saxlanılıb

Fransada müxtəlif peşə sahibləri əmək haqlarının artırılması tələbi ilə nümayiş keçiriblər.

1894571
Fransa paytaxtında keçirilən nümayiş zamanı 15 nəfər saxlanılıb

Fransada müxtəlif peşə sahibləri əmək haqlarının artırılması tələbi ilə nümayiş keçiriblər.

Həmkarlar ittifaqlarının çağırışı ilə ictimai nəqliyyat, təhsil və səhiyyə də daxil olmaqla bir çox peşə işçiləri tətil elan edərək, inflyasiya səviyyəsinə uyğun olaraq maaşların artırılmasını tələb ediblər.

Bu çərçivədə ölkənin müxtəlif şəhərlərində nümayişlər keçirilib.

Parisin İtaliya meydanında yerli vaxtla saat 14:00-da başlayan nümayiş Vauban meydanında başa çatıb.

Polislə nümayişçilər arasında zaman-zaman qarşıdurma yaşansa da, etirazçıların barrikadalar qurmaq cəhdinə polis müdaxilə edib. 

Gəzinti yolunda çoxlu zibil qutuları yandırılıb, bəzi vitrinlər və reklam lövhələri sındırılıb.

Ölkənin ən böyük həmkarlar ittifaqı olan CGT nümayişlərə ölkə daxilində 300 min, Parisdə isə 70 mindən çox adamın qatıldığını, Daxili İşlər Nazirliyi isə bu rəqəmin ölkə daxilində 107 min, Paris üçün isə 13 min olduğunu açıqlayıb.

Nazirlik ölkə boyu keçirilən etiraz aksiyalarında 15 nəfərin saxlanıldığını, 9 polis əməkdaşının isə yüngül xəsarət aldığını bildirib.



Әlaqәli Xәbәrlәr