Rusiyada hərbi təyyarə qəzaya uğrayıb

Rusiyanın səhiyyə naziri Aleksey Kuznetsov Yeysk şəhərində baş verən təyyarə qəzası ilə bağlı açıqlama verib.

1894154
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb

Rusiyada  ''Su-34'' tipli döyüş təyyarəsi təlim zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində 13 nəfər həlak olub, 19 nəfər yaralanıb.
Rusiyanın səhiyyə naziri Aleksey Kuznetsov Yeysk şəhərində baş verən təyyarə qəzası ilə bağlı açıqlama verib. 
O, qeyd edib ki, dünən axşam saatlarında havaya qalxan təyyarə 
mühərrikində yaranan problem səbəbindən qəzaya uğrayıb. Təyyarənin binaya çırpıldığı bildirilib.
Kuznetsov deyib: "Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bölgədə xilasetmə əməliyyatları sona çatdırılıb. Qəza nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər ölüb, 19 nəfər də yaralanıb''.
Rusiya Fövqəladə Hallar Nazirliyi  68 nəfərin xilas edildiyini, axtarış-xilasetmə işləri çərçivəsində hadisə yerindən təxliyə edilənlərin sayının isə 360 nəfər olduğunu açıqlayıb.
Qeyd edək ki, təyyarənin pilotları katapult ediblər.



Әlaqәli Xәbәrlәr