Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket atıb

Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raket atdığı bildirilib.

1892618
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket atıb

Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raket atdığı bildirilib.

"Yonhap"ın xəbərinə görə, Cənubi Koreya Baş Qərargah rəisi Şimali Koreyanın Yapon dənizinə “naməlum” ballistik raket atdığını açıqlayıb.

Baş Qərargahdan verilən açıqlamada ballistik raket buraxılışından əvvəl Şimali Koreya Hərbi Hava Qüvvələrinə aid 10 döyüş təyyarəsinin Cənubi Koreya hava məkanının 25 kilometr şimalında təsbit edildiyi qeyd edilib.

Açıqlamada Cənubi Koreyanın Şimali Koreya təyyarələrinə 12 ədəd “F-35A” döyüş təyyarəsi ilə cavab verdiyi bildirilib.

Şimali Koreya isə daha əvvəl son bir neçə gündə həyata keçirdiyi raket sınaqlarının “özünümüdafiə” olduğunu iddia etmişdi.

Məlumdur ki, Pxenyan administrasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarını pozaraq, 2022-ci ilin əvvəlindən müxtəlif məsafələrdə 20-dən çox ballistik raket sınağı həyata keçirib.



Әlaqәli Xәbәrlәr