Vaşinqtonda Ukrayna ilə bağlı iclas keçirilib

Ukrayna Prezidenti Volodimir  Zelenski bildirib ki, ölkəsinin gələn ilin büdcə kəsirini ödəmək və infrastruktu bərpa etmək üçün 55 milyard dollara ehtiyacı var.

1892277
Vaşinqtonda Ukrayna ilə bağlı iclas keçirilib

Ukrayna Prezidenti Volodimir  Zelenski bildirib ki, ölkəsinin gələn ilin büdcə kəsirini ödəmək və infrastruktu bərpa etmək üçün 55 milyard dollara ehtiyacı var.

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna hökuməti Ukraynaya dəstək məsələsini müzakirə etmək üçün ABŞ-ın paytaxtı Vaşinqtonda dəyirmi masa görüşü keçirib.

Ukrayna Prezidenti Volodimir Zelenski və Ukraynanın Baş naziri Denis Şmiqal görüşə onlayn qaydada qatılıb.
Görüşdə çıxış edən Volodimir Zelenski Rusiyanın 24 fevraldan bəri davam edən hücumlarının ölkəsinin infrastrukturuna ziyan vurduğunu açıqlayıb.

Ukraynaya yardımın vacibliyini vurğulayan Volodimir Zelenski ölkəsinin gələn il təxmini büdcə kəsirini ödəmək üçün 38 milyard dollara, infrastrukturu bərpa etmək üçün isə 17 milyard dollara ehtiyacı olduğunu bildirib.

BVF-nin rəhbəri  Kristalina Qiorqiyeva Ukraynanın maliyyə ehtiyacının 2023-cü ildə ayda 3-4 milyard dollar olacağını təxmin etdiklərini qeyd edib.

ABŞ-ın maliyyə naziri Canet Yellen isə Ukraynaya ianələrin davam etdirilməsinin vacibliyini bildirib.

ABŞ Konqresinin bu yaxınlarda Ukraynaya növbəti 4,5 milyard dollarlıq qrant yardımını təsdiqlədiyini xatırladan Yellen yardımın ödənilməsinə yaxın həftələrdə başlanacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr