ÜST: ''Dünyada meymunçiçəyindən 26 nəfər ölüb''

Ümumdünya Səhiyyə Təşkilatının  Cenevrədəki mənzil qərargahında keçirilən mətbuat konfransında çıxış edən baş direktor Tedros Adhanom Qebreyesus meymunçiçəyi ilə bağlı son vəziyyəti qiymətləndirib.

1892077
ÜST: ''Dünyada meymunçiçəyindən 26 nəfər ölüb''

Dünyada meymunçiçəyi xəstəliyindən 26 nəfərin öldüyü bildirilirdi.
Ümumdünya Səhiyyə Təşkilatının  Cenevrədəki mənzil qərargahında keçirilən mətbuat konfransında çıxış edən baş direktor Tedros Adhanom Qebreyesus meymunçiçəyi ilə bağlı son vəziyyəti qiymətləndirib.

Tedros Adhanom Qebreyesus deyib: "İndiyədək Ümum Dünya Səhiyyə Təşkilatına 26 nəfərin öldüyü və 70 000-dən çox adamın xəstəliyə yoluxduğu barədə məlumat verilib." 

Qebreyesus qlobal mənada meymunçiçəyi xəstəliyinə yoluxanların sayının azaldığını, ancaq  Amerika qitəsindəki bir sıra ölkədə xəstəliyə yoluxma hallarının artığını deyib.

Tedros Adhanom Qebreyesus meymunçiçəyi xəstəliyinin də yeni növ koronavirus (Covid-19) kimi "qlobal fövqəladə hal" olduğunu xatırladıb.



Әlaqәli Xәbәrlәr