Somalidə partlayış, yaralananlar var

Somalinin paytaxtı Moqadişoda bomba yüklü avtomobilin partlaması nəticəsində 2 nəfər yaralanıb.

1892073
Somalidə partlayış, yaralananlar var

Somalinin paytaxtı Moqadişoda bomba yüklü avtomobilin partlaması nəticəsində 2 nəfər yaralanıb.
Məlumata görə, paytaxtın Trepiano rayonunda minalanmış avtomobil partlayıb.
Partlayışdan sonra əraziyə gedən yollar bağlanıb.
Partlayış səsi şəhərin müxtəlif yerlərindən də eşidilib.
Qeyd edək ki, hücuma görə məsuliyyəti hələlik öz üzərinə götürən olmayıb. 
"Əş-Şəbab" terror təşkilatı ölkədəki mülki yaşayış məntəqələri və təhlükəsizlik obyektlərinə vaxtaşırı hücum edir.



Әlaqәli Xәbәrlәr