Finlandiya Nato üzvləri ilə müqavilə imzalayıb

Finlandiya NATO üzvü olan 14 ölkə ilə “Avropa Səma Qalxanı” üçün müqavilə imzalayıb.

1892590
Finlandiya Nato üzvləri ilə müqavilə imzalayıb

TRT xarici xarici mediaya istinadən xəbər verir ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən NATO Müdafiə Nazirləri yığıncağında 15 ölkənin müdafiə nazirləri “Avropa Səma Qalxanı Təşəbbüsü”nün yaradılmasına dair niyyət məktubu imzalayıblar.

Təşəbbüsdə iştirak edən NATO müttəfiqləri Almaniya, İngiltərə, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Hollandiya, Norveç, Slovakiya, Sloveniya və Rumıniya olub.

Almaniyanın təşəbbüs etdiyi planda hava hücumundan müdafiə avadanlığı və raketləri birgə almaqla Avropanın hava və raketdən müdafiə sistemini qurmaq məqsədi daşıyır.

NATO-nun bəyanatında deyilir ki, bu təşəbbüs NATO-nun inteqrasiya olunmuş hava və raket hücumundan müdafiəsini gücləndirəcək. NATO baş katibinin müavini Mirça Coana açıqlamasında deyib:

“Biz Rusiyanın Ukraynada dinc sakinlərin ölümünə və kritik infrastrukturun məhvinə səbəb olan qəddar və ayrıseçkilik etmədən hücumlarının şahidi olduğumuz üçün bu gün bu öhdəliyi daha da vacib edir”.

NATO-nun bəyanatında, təşəbbüsdə iştirak edən ölkələrin uyğun, hazır və sərfəli həll yolları ilə birgə hava hücumundan müdafiə sistemləri inkişaf etdirə biləcəyi bildirilib.

 



Әlaqәli Xәbәrlәr