Rusiyanın Ukraynaya yeni raket hücumlarına reaksiya göstərilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Rusiyanın Ukraynaya yeni raket hücumlarından "dərin sarsıntı keçirdiyi" bildirilib.

1891009
Rusiyanın Ukraynaya yeni raket hücumlarına reaksiya göstərilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Rusiyanın Ukraynaya yeni raket hücumlarından "dərin sarsıntı keçirdiyi" bildirilib.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik dünən Ukraynaya edilən və 11 nəfərin həyatını itirdiyi raket hücumlarını dəyərləndirib.

Sözçü Dujarrik bildirib ki, Baş katib Quterreş yaşayış məntəqələrinə ziyan vuran və mülki əhali arasında itkilərin qeydə alındığı raket hücumlarından "dərin sarsıntı keçirib".

“Müharibəni qızışdırmaq üçün” hücumların “qəbuledilməz olduğunu” ifadə edən Dujarrik “hər zaman olduğu kimi, bu dəfə də ən böyük ziyanın mülki vətəndaşlara dəydiyini" söyləyib.
ABŞ prezidenti Co Bayden də yazılı açıqlama verib.

O, “ABŞ Rusiyanın Ukraynanın bir çox bölgəsinə, o cümlədən Kiyevə raket hücumlarını qətiyyətlə pisləyir” ifadəsini işlədib.

Bu hücumlarda mülki şəxslərin yaralandığı, öldüyü və qeyri-hərbi hədəflərin məhv edildiyinə diqqət çəkən Bayden deyib ki, bu hücumlar Putinin Ukrayna xalqına qarşı qeyri-qanuni müharibəsinin nə qədər qəddar olduğunu bir daha göstərdi.

Hollandiyanın Baş naziri Mark Rutte isə sosial mediada “Bu qisas deyil, terrordur” deyib. 

Almaniyanın xarici işlər naziri Annalena Baerbok da sosial mediada verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin iri şəhərlərə və mülki əhaliyə raket zərbələri endirməsinin “alçaqca” olduğunu və “heç bir şəkildə qəbuledilməz” olduğunu bildirib:

“Biz Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün hər şeyi edirik”.



Әlaqәli Xәbәrlәr