Vladimir Putin әhәmiyyәtli bәyanatlar verib

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Türkiyə Avropa da daxil olmaqla təbii qaz nəqli üçün ən etibarlı marşrutlardan birinə çevrilib.

1881109
Vladimir Putin әhәmiyyәtli bәyanatlar verib

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Türkiyə Avropa da daxil olmaqla təbii qaz nəqli üçün ən etibarlı marşrutlardan birinə çevrilib.

Kremldən verilən məlumata görə, Putin və prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 22-ci sammiti  çərçivəsində görüşüb.

Türkiyə ilə Rusiyanın bir sıra sahədə əməkdaşlıq etdiyini  ifadə edən Vladimir Putin deyib: “İlk növbədə ərzaq proqramının həyata keçirilməsinə verdiyiniz töhfəyə görə sizə bir daha təşəkkür etmək istərdim. Ümid edirik ki, Ukrayna taxılının böyük hissəsi ən kasıb ölkələrə gedir. Türkiyə Avropa da daxil olmaqla təbii qaz nəqli üçün ən etibarlı marşrutlardan birinə çevrilib''.

Vladimir Putin Akkuyu Atom Elektrik Stansiyasında işlərin davam etdiyini və AES-in ilk reaktorunun 2023-cü ildə istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə iqtisadiyyatını inkişaf etdirməyə yönəlmiş siyasətindən xəbərdar olduğunu açıqlayan Vladimir Putin deyib:

“Türkiyənin ŞƏT-ə üzv dövlətlərlə çox yaxşı və sürətlə inkişaf edən iqtisadi əlaqələri olduğunu görməzlikdən gələ bilmərik.Türkiyənin bu çərçivədəki səylərini alqışlayırıq''.

Türkiyə ilə Rusiya arasında ticarət həcminin də artdığını bildirən Rusiya Prezidenti Vladimir Putin Rusiya şirkətlərinin Türkiyə üzərindən dünya bazarlarına məhsullarını satmaları üçün addımlar atıla biləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr