Rusiya Prezidenti ŞӘT sammiti çәrçivәsindә Türkiyә Prezidenti ilә görüşәcәk

Yuri Uşakov Vladimir Putinin sentyabrın 15-16-da keçiriləcək ŞƏT Dövlət Başçılarının sammiti üçün Özbəkistanın Səmərqənd şəhərinə səfəri ilə bağlı jurnalistlərə açıqlama verib.

1879627
Rusiya Prezidenti ŞӘT sammiti çәrçivәsindә Türkiyә Prezidenti ilә görüşәcәk

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri  Yuri Uşakov prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti  çərçivəsində başda iqtisadiyyat olmaqla, bir sıra mövzunu müzakirə edəcəklərini bildirib.

Yuri Uşakov Vladimir Putinin sentyabrın 15-16-da keçiriləcək ŞƏT Dövlət Başçılarının sammiti üçün Özbəkistanın Səmərqənd şəhərinə səfəri ilə bağlı jurnalistlərə açıqlama verib.

Yuri Uşakov deyib ki, Vladimir Putin sammit çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

"Liderlər telefon da daxil olmaqla daima danışıqlar aparır. Müzakirə olunan çox sayda məsələlər var, məsələn, Türkiyənin taxıl dəhlizi məsələsində oynadığı rol kimi bir sıra mövzu var. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında baş tutacaq  görüşdə bir sıra  məsələ  müzakirə olunacaq'',-deyə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri qeyd edib.



Әlaqәli Xәbәrlәr