Nigeriyada qızılcadan azı 190 uşaq ölüb

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Ifedayo Adetifa keçirdiyi həftəlik mətbuat konfransında qızılca epidemiyasının paytaxt Abuca ilə yanaşı 36 ştatda yayıldığını bildirib.

1879973
Nigeriyada qızılcadan azı 190 uşaq ölüb

Nigeriyada bu il qızılca epidemiyası səbəbindən azı 190 uşaq ölüb.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Ifedayo Adetifa keçirdiyi həftəlik mətbuat konfransında qızılca epidemiyasının paytaxt Abuca ilə yanaşı 36 ştatda yayıldığını bildirib.
Bu əyalətlərin 40 bölgəsində epidemiyanın aktiv olduğuna diqqət çəkən Adetifa  yanvar ayından bu yana az 190 uşağın epidemiyadan öldüyünü qeyd edib.
Ölkə üzrə indiyədək 18 577 qızılcaya yoluxma faktının qeydə alındığını xatırladan Adetifa deyib: "Biz qızılca xəstəliyinə qarşı hökumətin müdaxilələrini dəstəkləməyə davam edirik."



Әlaqәli Xәbәrlәr