İsrail hökuməti Türkiyeyə uçuşların bərpası ilə bağlı razılaşmanı təsdiqləyib

İsrail hökuməti yerli aviaşirkətlərin Türkiyeyə uçuşlarının bərpası ilə bağlı razılaşmanı təsdiqləyib.

1875747
İsrail hökuməti Türkiyeyə uçuşların bərpası ilə bağlı razılaşmanı təsdiqləyib

İsrail hökuməti yerli aviaşirkətlərin Türkiyeyə uçuşlarının bərpası ilə bağlı razılaşmanı təsdiqləyib.

İsrailin Nazirlər Kabineti ölkə aviaşirkətlərinin Türkiyeyə uçuşlarının bərpasına dair razılaşma layihəsini təsdiqləyib.

Bu barədə özünün "Twitter" səhifəsində İsrailin baş naziri Yair Lapid yazıb.

"Bu gün hökumət Türkiye ilə İsrail arasında hava əlaqələsinin bərpasına dair razılaşmanı təsdiqləyib. Bundan sonra İsrail aviaşirkətləri İstanbula və Türkiyenin digər şəhərlərinə, eləcə də əks istiqamətdə uçuşlar həyata keçirə biləcək.

"Bu saziş ilk növbədə İsrail sərnişinlərinə və İsrail aviasiyasına fayda verəcək. Bu, həm də regionda sabitlik və rifah üçün mühüm strateji addımdır və iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcək. Növbəti addım səfirlərin təyin edilməsidir" ", - deyə Y.Lapid qeyd edib.

Xatırladaq ki, avqustun 17-də Türkiye və İsrail diplomatik əlaqələrini yenidən maksimuma çatdırmaq və qarşılıqlı səfir təyin etmək qərarına gəliblər. Həmçinin iki ölkə arasında aviasiya sahəsində əməkdaşlıq müqaviləsinin imzalandığı açıqlanıb.

Hazırda Türk Hava Yolları və digər türk aviasiya şirkətləri İsrailə uçuşlar təşkil edə bilir.

 



Әlaqәli Xәbәrlәr