Çexiya xalqı artan enerji qiymətlərinə qarşı etiraza qalxdı

Çexiyanın paytaxtı Praqada 70 mindən çox nümayişçi artan enerji qiymətlərinə və Rusiya-Ukrayna müharibəsində hökumətin tərəfli  münasibətinə reaksiya verib

1875486
Çexiya xalqı artan enerji qiymətlərinə qarşı etiraza qalxdı

 

  Çexiyanın paytaxtı Praqada 70 mindən çox nümayişçi artan enerji qiymətlərinə və Rusiya-Ukrayna müharibəsində hökumətin tərəfli  münasibətinə reaksiya verib.

  Praqanın əsas meydanlarından olan Venzelə toplaşan etirazçılar “Əvvəl Çexiya” şüarı ilə keçirilən nümayişdə Çexiya bayraqları ilə yanaşı, artan enerji qiymətlərinə qarşı şəffaf pankartlar da daşıyıblar.

  Təxminən 11 milyon əhalisi olan ölkədə polisin paylaşdığı məlumatlara görə, hökumət əleyhinə qeyri-hökumət təşkilatlarının təşkil etdiyi nümayişə 70 mindən çox nümayişçi qatılıb.

  Nümayişçilər yüksək enerji qiymətləri səbəbindən hökuməti istefaya çağırıb, çex xalqına və iqtisadiyyatına zərər vurduğu üçün Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının ləğv olunmasını və Çexiyanın neytrallığını tələb ediblər.

  Geniştərkibli nümayişi “Rusiyapərəst” kimi dəyərləndirən Çexiyanın baş naziri Petr Fiala bu vəziyyətin ölkənin maraqlarına zərər vurduğunu söyləyərək ölkədə Rusiyanın təbliğat və dezinformasiya kampaniyasına inananların olduğunu bildirib.

  Qeyd edək ki, Avropa İttifaqına dövri sədrlik edən Çexiyada 400 mindən çox ukraynalı mühacir var və rəsmi Praqa Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevral tarixindən Ukraynaya hərbi sursat və logistika baxımından dəstək verən aparıcı ölkələrdən biridir.



Әlaqәli Xәbәrlәr