Pakistanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı 1208 nəfərə çatıb

Pakistanda iyunun 14-dən etibarən davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1208-ə çatıb.

1874816
Pakistanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı 1208 nəfərə çatıb

Pakistanda iyunun 14-dən etibarən davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1208-ə çatıb.

Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) məlumatına görə, təbii fəlakət nəticəsində həyatını itirən 1208 nəfərdən 244-ü qadın, 416-sı uşaqdır.Təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 6 min 82 nəfərə çatıb.

Ölkədə 33 milyon 46 min insanın daşqınlardan zərər çəkdiyi bildirilib.

Daşqınlar nəticəsində yollar su altında qalıb, 243 körpü və 173 mağaza dağılıb.


Etiketlәr: #daşqınlar , #Pakistan

Әlaqәli Xәbәrlәr