Türkiyә Pakistana yardım әlini uzatdı
Bu barәdә Milli Müdafiә Nazirliyi mәlumat yayıb.
Türkiye daşqınlarla mübarizә aparan Pakistana yardım әlini uzatdıb.
Bu barәdә Milli Müdafiә Nazirliyi mәlumat yayıb. Mәlumata әsasәn, Pakistana yardım daşıyan ilk tәyyarә yola düşüb.
Türkiye Fövqәladә Hallar İdarәsindәn verilәn bәyanatda deyilir: ‘‘Prezident Rәcәb Tayyib Әrdoğanın göstәrişi ilә daşqınların yaşandığı bölgәyә gedirik’’.
Pakistanda yağan leysan yağışları daşqınlara sәbәb olub. Aramsız yağışlar nәticәsindә bu günәdәk 1000 nәfәr ölüb.
Qeyd edәk ki, Pakistan uzun müddәtdir daşqınlarla mübarizә aparır.Daşqınlar nәticәsindә 250 mindәn çox ev dağılıb. Tәbii fәlakәt nәticәsindә 1 500 adam xәsarәt alıb, 149 körpü uçub. Mәlumata görә, Kabil çayının öz mәcrasından çıxması sәbәbindәn bölgәdәki vәtәndaşlar tәxliyә edilib.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb