Pakistanda daşqınlar sәbәbindәn daha 15 nәfәr ölüb
Pakistanın Sindh әyalәtindә yağan leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә 15 nәfәr ölüb.
Pakistanın Sindh әyalәtindә yağan leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә 15 nәfәr ölüb.
Bu barәdә yerli media orqanları mәlumat yayıb. Mәlumatda Sindh әyalәtinin Sukkur, Şikarpur vә müxtәlif bölgәlәrindә yağan leysan yağışları daşqınlara sәbәb olub.
Rәsmilәr әyalәtdә daşqınlar sәbәbindәn 26 min 600 evin dağıldığını bildirib.
Qeyd edәk ki, ölkәnin müxtәlif әyalәtlәrindә daşqınlarla әlaqәdar yardım və tibbi müdaxilə düşərgələri yaradılıb. Mәlumatda vurğulanıb ki, yaradılan yardım düşərgələrində hazırda 317 min 500 adam yaşayır.
Pakistan xarici işlәr naziri Bilaval Butto Zerdari Birlәşmiş Millәtlәr Tәşkilatına ölkәyә yardım etmәsi ilә әlaqәdar çağırış edib.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb