Almaniya kansleri Krım Platforması Sammitindә çıxış edib

Almaniya kansleri Olaf Şots Rusiyanı Ukraynaya qarşı “imperialist” müharibə aparmaqda ittiham edərək  Kiyev administrasiyasına  öz suverenliyini müdafiə etmək üçün daha ​​güclü dəstək vəd edib.

1871493

Onlayn qaydada keçirilәn Krım Platforması Sammitindә çıxış edәn  Olaf Şolts  Ukrayna xalqının ölkəsini müdafiə etmək üçün  fövqəladə cəsarət göstərdiyini bildirib.

Olaf Şolts vurğulayıb ki, rәsmi Moskva 2014-cü ildə Krımı ilhaq edәrәk vә son vaxtlar daha çox Ukrayna ərazisini ilhaq etmәyә cәhd göstәrәrәk beynəlxalq hüquq normalarını pozub.

“Biz bir daha vurğulamaq  istəyirik ki, beynəlxalq ictimaiyyət Rusiyanın Ukrayna ərazisini qanunsuz ilhaqını heç vaxt qəbul etməyəcək”,-deyә Olaf Şolts qeyd edib.

Almaniya kansleri deyib: "Bizim mesajımız aydındır. Ukrayna ərazilərinin bir hissəsinin statusunu dəyişdirməyə yönəlmiş hər hansı saxta referendum və ya digər cəhdlər heç vaxt tanınmayacaq".

Olaf Şolts vurğulayıb ki, Almaniya hökuməti Ukraynaya maliyyə və hərbi dəstək verməyə davam edəcək.

“Ukraynaya silah tədarük etməyə davam edəcəyik” ifadəsini işlədən Olaf Şolts müasir hava hücumundan müdafiə sistemləri, reaktiv yaylım atəşi sistemləri, pilotsuz uçuş aparatlarına qarşı yeni silahlar və tonlarla sursatdan ibarət yeni yardım paketini aktivləşdirdiklərini bildirib.

Әlaqәli Xәbәrlәr