Cozep Borrel nüvә müzakirәlәri ilә bağlı bәyanat verib

Avropa İttifaqının xarici әlaqələr və təhlükəsizlik siyasəti üzrə  ali nümayəndəsi Cozep Borrell Amerika Birlәşmiş Ştatlarının tәsdiq edәcәyi tәqdirdә bu həftə sonu İranla nüvə sazişinin әldә oluna bilәcәyini bildirib.

1871443

Cozep Borrell İspaniyanın TVE telekanalına müsahibә verib. Avropa İttifaqının xarici әlaqələr və təhlükəsizlik siyasəti üzrə  ali nümayəndəsi  qeyd edib ki, prosesdə iştirak edən ölkələrin əksəriyyəti İranın nüvə sazişi kimi tanınan və yekun olaraq elan edilən Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) layihə mətnini bəyənib və yalnız ABŞ-ın cavabını gözləyirlər.

Aİ-nin 2015-ci il nüvə razılaşmasını bәrpa etmәyi hədəfləyən təklifinin qəbul edilməsinin vacibliyini ifadә edәn Cozep Borrel bu həftənin sonuna qədər İranla nüvə sazişinin әldә olunmasının  “mümkün” olduğunu bildirib.

Nüvə sazişi üzrə danışıqların koordinatoru olan Cozep Borrel iyulun 20-də İran və ABŞ arasındakı münaqişənin həlli üçün tərəflərə yeni layihə mətni təqdim etdiyini və hər iki ölkənin dә yeni həll təkliflərini alqışladıqlarını açıqlamışdı.

Әlaqәli Xәbәrlәr