BMT Uşaq Fondu: ‘‘Rusiya-Ukrayna müharibәsi nәticәsindә 1000-ә yaxın uşaq ölüb vә ya yaralanıb’’

Bu barәdә BMT-nin Uşaq Fondu (UNİCEF) qeyd edib ki, bu hәr gün orta hesabla 5-dәn çox uşağın öldürülmәsi vә ya yaralanması demәkdir.

1871409
BMT Uşaq Fondu: ‘‘Rusiya-Ukrayna müharibәsi nәticәsindә 1000-ә yaxın uşaq ölüb vә ya yaralanıb’’

 

Rusiya ilә Ukrayna arasında fevralın 24-dәn etibarәn davam edәn müharibә nәticәsindә 1000-ә yaxın uşaq ölüb vә ya yaralanıb.

Bu barәdә BMT-nin Uşaq Fondu (UNİCEF) qeyd edib ki, bu hәr gün orta hesabla 5-dәn çox uşağın öldürülmәsi vә ya yaralanması demәkdir.

BMT Uşaq Fondunun icracı direktoru Ketrin Russel  deyib: "Bunlar yalnız Birləşmiş Millətlər Təşkilatının təsdiq edə biləcəyi rmәlumatdır. Biz inanırıq ki, ölәn vә ya yaralanan uşaqların sayı  daha çoxdur. Uşaq itkilərinin əksəriyyəti partlayıcı silahlardan istifadə nəticəsində baş verib".

UNICEF-in məlumatına görə, hər 10 məktəbdən 1-nin müharibə nәticәsindә zәrәr gördüyü vә ya dağıldığı təxmin edilir.



Әlaqәli Xәbәrlәr