Tunis Prezidenti Said: "ABŞ rəsmilərinin bəyanatları qəbuledilməzdir"

Tunis prezidenti Kais Said bəzi ABŞ rəsmilərinin ölkəsi ilə bağlı açıqlamalarının qəbuledilməz olduğunu deyib.

1870540
Tunis Prezidenti Said: "ABŞ rəsmilərinin bəyanatları qəbuledilməzdir"

Tunis prezidenti Kais Said bəzi ABŞ rəsmilərinin ölkəsi ilə bağlı açıqlamalarının qəbuledilməz olduğunu deyib.

Tunis Prezident Aparatından verilən yazılı açıqlamaya görə, Prezident Said Karfagen sarayında ABŞ Konqresinin nümayəndə heyəti və ABŞ-ın Tunisdəki müvəqqəti işlər vəkili Nataşa Françeşi ilə görüşüb.

Prezident Said ABŞ nümayəndə heyəti ilə görüşünə Tunis-ABŞ münasibətlərinin tarixi prosesinin dönüş nöqtələrinə toxunmaqla başlayıb.

Tunisin azad, müstəqil və suveren bir ölkə olduğunu dilə gətirən Said "Son günlərdə bəzi (ABŞ) rəsmilərin Tunislə bağlı açıqlamaları qəbuledilməzdir" deyib.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken iyulun 28-də verdiyi açıqlamada 25 iyulda Tunisdə keçirilən konstitusiya referendumunun nəticələrini dəyərləndirib.

Blinken deyib: "İyulun 25-də Tunisdə keçirilən konstitusiya referendumu aşağı seçici fəallığı ilə yadda qaldı. Tunislilərin çoxu əmin idilər ki, yeni konstitusiya layihəsinin hazırlanması prosesi faktiki müzakirələrin miqyasını məhdudlaşdırır və yeni konstitusiyanın Tunis demokratiyasını və insan haqları və əsas azadlıqları zəiflədə bilər. Bununla bağlı narahatlığımızı bölüşürük".



Әlaqәli Xәbәrlәr