"New York Times" qəzeti: "Yunanıstanın Dedeağaç şəhəri ABŞ-ın silah mərkəzi olub"

"New York Times" qəzeti Yunanıstanın Dedeağaç (Aleksandrupolis) şəhərinin Amerika Birləşmiş Ştatlarının (ABŞ) silah mərkəzi olduğunu yazıb.

1870751

Qəzetdəki xəbərdə bir neçə il əvvələ qədər demək olar ki, istifadə edilməyən limanın ABŞ-ın Şərqi Avropadakı varlığını gücləndirmək üçün atdığı addımlarla “mərkəzi rol” götürdüyü diqqətə çatdırılıb.

Pentaqonun “Rusiya təcavüzü”nü əsas gətirərək bölgəyə nəhəng silahlar göndərdiyi vurğulanıb.

Xəbərdə sözügedən addımların Türkiyənin reaksiyasına səbəb olduğu da bildirilib və Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstanda sözügedən ABŞ hərbi postlarının kimə qarşı qurulduğu sualı
xatırladılıb.

ABŞ-ın Dedeağaç üzərindən daşıdığı hərbi materialın keçən il 14 dəfə artaraq 3100 “hissəyə” çatdığı açıqlanıb.

Әlaqәli Xәbәrlәr