Cənubi Koreya və ABŞ Şimali Koreyaya qarşı ən böyük hərbi təlim keçirirlər

On minlərlə əsgər, döyüş təyyarələri və gəmilərin iştirak etdiyi Ulçi Azadlıq Qalxanı hərbi manevri sentyabrın 1-dək davam edəcək

1870831
Cənubi Koreya və ABŞ Şimali Koreyaya qarşı ən böyük hərbi təlim keçirirlər

 

  Cənubi Koreya və ABŞ artan Şimali Koreya təhlükəsinə qarşı müdafiə sahəsində əməkdaşlığı yaxşılaşdırmaq üçün son illərin ən böyük hərbi təlimini keçirirlər.

  On minlərlə əsgər, döyüş təyyarələri və gəmilərin iştirak etdiyi Ulçi Azadlıq Qalxanı hərbi manevri sentyabrın 1-dək davam edəcək.

  İlk 4 gündə mülki müdafiə təlimi veriləcək, birgə hücum və cəbhə bölgəsində təchizat məşqləri keçiriləcək.

  Limanlara, aeroportlara və sənaye zonalarına qarşı hücumlarda pilotsuz uçuş aparatları və yeni nəsil döyüş texnologiyalarından istifadə, hərbi mülki dəstəkli müdafiə təlimlərinin veriləcəyi manevrlərin Şimali Koreya tərəfindən reaksiya ilə qarşılanacağı gözlənilir.

  ABŞ və Cənubi Koreya arasında “Covid-19” epidemiyası ilə bağlı narahatlıqlar və Şimali Koreya ilə diplomatik görüşlərin davam etməsilə əlaqədar son illər bir sıra ortaq təlimlər təxirə salınmışdı.

  Avqustun 17-də Cənubi Koreya prezidenti Yun Suk Yöl (Yoon Suk Yeol) Şimali Koreyanın nüvəsizləşdirmə istiqamətində addımlar atması müqabilində iqtisadi yardım təklif etdi. Bu təklif Şimali Koreya tərəfindən "cəsarətli cəhd" adı ilə əks reaksiya ilə qarşılandı.

  ABŞ-ın müdafiə naziri Lloyd C. Ostin (Lloyd J. Austin) və onun cənubi koreyalı həmkarı Li Çon-Sopa (Lee Jong-Sup) iyul ayında Şimali Koreyanın dövlət başçısı Kim Çen İn (Kim Jong-un) tərəfindən təhdidlərdən sonra müttəfiqlər çəkindirici mövqeyi gücləndirmək və 2022-ci ilin ikinci yarısında birgə hərbi təlimi genişləndirmək barədə razılığa gəldilər.

  Qeyd edək ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı dialoq 2019-cu ildə Hanoyda (Hanoi) keçirilən son görüşdən sonra dayanıb.

  Şimali Koreya 2022-ci ildə yeni raketləri sınaqdan keçirməyə başlayıb.



Әlaqәli Xәbәrlәr