Bu ölkədə liman işçiləri tətil başladıb

Böyük Britaniyanın Felikstou limanında işçilər 30 ildən sonra ilk dəfə əmək haqlarından etiraz məqsədi ilə tətil  başladıblar

1870707
Bu ölkədə liman işçiləri tətil başladıb

Limanda çalışan təxminən 1900 həmkarlar ittifaqı üzvü işçilər etiraz tətilinin 8 gün davam edəcəyini açıqlayıblar.

İşçilər əmək haqlarının 7 faiz artırılmasının inflyasiya nisbətindən az olduğunu  səbəb göstərərək etiraz edirlər.

Qeyd edə ki Felikstouda limanında təxminən 2550 nəfər işləyir və İngiltərədəki konteyner ticarətinin təxminən 48 faizi bu limandan həyata keçirilir.

Tətil edən işçilər arasında kran və mexanizm operatorları və adi işçiləri var.



Әlaqәli Xәbәrlәr