15 ildən yuxarı avtomobillər üçün yeni təkrar emal proqramı

AFM-nin rəhbəri Laurentiu Nikolaeskunun sözlərinə görə...

1871005
15 ildən yuxarı avtomobillər üçün yeni təkrar emal proqramı

 

  Rumıniya Ətraf Mühit Fondu (AFM) 15 ildən yuxarı avtomobillər üçün yeni təkrar emal proqramının başladığını elan edib.

  AFM-nin rəhbəri Laurentiu Nikolaeskunun sözlərinə görə, bu proqram belə maşınları tamamilə yollardan çıxarmaq və avtomobil sürücülərinin “daha müasir nəqliyyat vasitələrinə” keçidini təmin etmək üçün nəzərdə tutulub.

  Rəsmi məlumata görə, metal toplama məntəqəsinə təhvil verilən hər köhnə avtomobil üçün onun sahibi 3000 ley (620 dollar) alacaq. Proqramın ümumi dəyəri 500 milyon ley (102 milyon dollar) təşkil edir.

  2026-cı ilə qədər Rumıniyada 250 min avtomobilin təkrar emal ediləcəyi güman olunur.



Әlaqәli Xәbәrlәr