Yens Stoltenberq Serbiya və Kosovonu gərginliyi artırmamağa çağırıb

NATO-nun Baş katibi Yens Stoltenberq Serbiya və Kosovonu gərginliyi artırmamağa çağırıb və NATO-nun sabitliyi qorumaq üçün müdaxiləyə hazır olduğunu bəyan edib.

1869281
Yens Stoltenberq Serbiya və Kosovonu gərginliyi artırmamağa çağırıb

NATO-nun Baş katibi Yens Stoltenberq Serbiya və Kosovonu gərginliyi artırmamağa çağırıb və NATO-nun sabitliyi qorumaq üçün müdaxiləyə hazır olduğunu bəyan edib.

Yens Stoltenberq NATO-nun Belçikanın paytaxtı Brüsseldəki qərargahında Serbiya Prezidenti Aleksandr Vuçiç ilə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında Kosovo ilə Serbiya arasında son aylardakı gərginliyin azaldılmasına çağırıb.

Stoltenberq qeyd edib ki, son günlər sahədə vəziyyət yaxşılaşıb və Belqrad və Priştina gərginliyin artmasının qarşısını almaq üçün məsuliyyət daşıyır.
Tərəfləri təmkinli olmağa çağıran Stoltenberq deyib:

"NATO sahədəki vəziyyəti yaxından izləməyə davam edir. KFOR sülhməramlı missiyamız Birləşmiş Millətlər Təşkilatının (BMT) verdiyi mandata yönəlib. Sabitliyə təhlükə yaranarsa, KFOR müdaxilə etməyə hazırdır. KFOR Kosovo xalqı üçün təhlükəsiz mühit və hərəkət azadlığı.sülhü təmin etmək üçün lazımi tədbirlər görəcək.

Stoltenberq Serbiya və Kosovonun fikir ayrılıqlarını həll etmək üçün dialoq qurmasının vacibliyini vurğulayaraq, Avropa İttifaqının (Aİ) asanlaşdırdığı Belqrad-Priştina Dialoq prosesini dəstəklədiklərini və tərəflərin bu prosesdə konstruktiv olmasının lazım olduğunu bildirib.

Vuçiç isə bildirib ki, Kosovo ilə demək olar ki, bütün məsələlərdə fikir ayrılığı var:

“Gərginliyin artması və ya hər hansı münaqişə ehtimalının qarşısını almaq istəyirik”.

Serbiya lideri NATO-nun Kosovodakı roluna hörmət etdiklərini və NATO ilə əməkdaşlığı artırmaq istədiklərini də bildirib.



Әlaqәli Xәbәrlәr