“Bu vəziyyətlə bağlı mən aparteid sözünü qəbul etmək istəmirəm”, O.Şolz

Paytaxt Berlində Fələstin dövlət başçısı Mahmud Abbasla görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında O.Şolz deyib...

1868734
“Bu vəziyyətlə bağlı mən aparteid sözünü qəbul etmək istəmirəm”, O.Şolz

 

  Almaniya kansleri Olaf Şolz bildirib ki, İsrail və Fələstin arasında uzunmüddətli sülh və təhlükəsizliyi təmin etmək üçün Yaxın Şərq probleminin siyasi həllinə ehtiyac var.

  Paytaxt Berlində Fələstin dövlət başçısı Mahmud Abbasla görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında O.Şolz deyib: “Görüşümüzdə ikitərəfli və regional məsələlər müzakirə edildi. Fələstin ilə Almaniya arasında çox yaxın və müxtəlif münasibətlər mövcuddur. Son vaxtlar Qəzzada artan gərginlikdən danışdıq və atəşkəsin davam etdirilməsini alqışladıq. Bu gərginlik iki tərəf arasında uzunmüddətli sülh və təhlükəsizliyi təmin etmək üçün Yaxın Şərqdəki münaqişənin siyasi həllinə ehtiyac olduğunu göstərir.

  Biz də danışıqlar yolu ilə iki dövlətli həll üçün çalışırıq. Almaniya etibarlı tərəfdaşdır. Biz İsrailin Fələstin torpaqlarında məskunlaşma siyasətini qəbul etmirik. Açıq şəkildə bildirmək istəyirəm ki, mən “aparteid” (apartheid), yəni ayrı-seçkilik sözünü vəziyyəti təsvir etmək üçün işlədilməsində məqsədəuyğun hesab etmirəm”.

  Fələstin prezidenti Mahmud Abbas öz növbəsindəki çıxışında Almaniyaya verdiyi dəstəyə görə təşəkkür edərək İsrailin təktərəfli addımlar atdığına, məskunlaşma fəaliyyətlərini zorakılıqla davam etdirdiyinə diqqət çəkərək deyib: “Bütün bunlara məruz qalmağımıza baxmayaraq, biz dinc müqavimətə üstünlük veririk. Bu yolu tərk etməyəcəyik. Biz terrorun və zorakılığın bütün növlərinə qarşıyıq.

  Aparteid sistemini qəbul etməyəcəyik. Fələstin 77 ildir işğal altındadır və bunun bitməsini istəyirik”.



Әlaqәli Xәbәrlәr