Ekvadorda bombalı hücum, onlarla yaralı və ölü

Cənubi Amerika ölkəsi Ekvadorun Quayaquil şəhərində törədilən bombalı hücum nəticəsində çox yasda insan həyatını itirib və onlarla adam yaralanıb.

1867757
Ekvadorda bombalı hücum, onlarla yaralı və ölü

Ölkənin ən böyük şəhəri Quayaquilin Cristo del Consuelo rayonunda törədilən hadisə nəticəsində 5 nəfər həyatını itirib, 16 nəfər yaralanıb, 8 ev və 2 avtomobilə ziyan dəyib.

Daxili işlər naziri Patricio Carrillo sosial media hesabı “Twitter”-da paylaşdığı açıqlamasında hadisəni lənətləyib. “Uzun müddətdir ki, iqtisadiyyata zərbə endirən mütəşəkkil cinayətkar dəstələr əməllərinə nail ola bilmək üçün indi də partlayıcılardan istifadə edirlər. Bu dövlətə rəsmi müharibə elanıdır”.

Prezident Guillermo Lasso da sosial media hesabından verdiyi açıqlamada, təhlükəsizlik kabinetinə Guayaquil xalqının müdafiəsi üçün lazımlı tədbirlərin təcili həyata keçirməsi təlimasını verdiyini bildirib. Bombalı hücumda həyatını itirənlərin ailələrinə başsağlığı verib.



Әlaqәli Xәbәrlәr