Avropada son 500 ilin ən güclü quraqlığı ola bilər

Alimlər bildirirlər ki, hazırda Avropada baş verən quraqlıq son 500 ildən artıqdır ki, ən güclü quraqlıq ola bilər.

1867668
Avropada son 500 ilin ən güclü quraqlığı ola bilər

Alimlər bildirirlər ki, hazırda Avropada baş verən quraqlıq son 500 ildən artıqdır ki, ən güclü quraqlıq ola bilər.
Avropa rekord həddə çatan temperaturla yanmağa davam edir.

Qeyd edilib ki, quraqlıq sənaye, yük nəqliyyatı, enerji və qida sənayesi üçün dramatik nəticələrə səbəb ola bilər.

Qərbi, mərkəzi və cənubi Avropada demək olar ki, iki aya yaxındır əhəmiyyətli yağış yağmadığından, meteoroloqlar qeyd edirlər ki, qitədəki quraqlıq son 500 ildən çox müddət ərzində müşahidə olunan ən güclü səviyyəyə çatmış ola bilər.

Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzindən Andrea Totti hələ bitmədiyi üçün bu ilki vəziyyəti tam təhlil etmədiklərini ifadə edərək, "Son 500 ildə 2018-ci ildəki quraqlığa bənzər bir hadisə baş vermədi. Amma bu il, məncə, daha pisdir” ifadəsini işlədib.

Totti qitədəki quraqlığın həm şimal, həm də cənub bölgələrində arta biləcəyinə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr