Meksikada hәbsxanada baş verәn kütlәvi davada 2 nәfәr ölüb

Meksikanın Syudad Xuares əyalətindəki həbsxanada baş verən kütlәvi davada 2 məhbus ölüb, 4 məhbus yaralanıb.

1867047
Meksikada hәbsxanada baş verәn kütlәvi davada 2 nәfәr ölüb

Meksikanın Syudad Xuares əyalətindəki həbsxanada baş verən kütlәvi davada 2 məhbus ölüb, 4 məhbus yaralanıb.

Syudad Xuares Prokurorluğu həbsxanada baş verən davadan sonra həbsxana rəhbərliyinin jandarm qüvvәlәrini çağırdığını açıqlayıb.

Prokurorluq bir-birinə rəqib olan tayfalar arasında baş verən davada  2 məhbusun həyatını itirdiyini, 4 məhbusun yaralandığını qeyd edib.

Qeyd edәk ki, Syudad Xuares әyalәti müxtəlif cinayətkar təşkilatların və tayfaların  mübarizə apardığı bölgələr arasındadır.



Әlaqәli Xәbәrlәr