E.Makron İ.Əliyev və N.Paşinyanla danışdı

Yelisey Sarayından verilən məlumata görə...

1864668
E.Makron İ.Əliyev və N.Paşinyanla danışdı

 

  Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla ikitərəfli danışıqlar aparıb.

  Yelisey Sarayından verilən məlumata görə, E.Makron bu həftə İ.Əliyev və N.Paşinyanla telefonda danışıb.

  Xüsusilə son günlər Laçın dəhlizində baş verən ciddi hadisələrlə bağlı narahatlığını ifadə edən Fransa prezidenti gərginliyin qarşısını almaq və tərəflər arasında danışıqları təmin etmək üçün nə lazımsa, edilməsinə çağırıb.

  Makron 9 noyabr 2020-ci il tarixində atəşkəs danışıqlarının bir hissəsi kimi götürülmüş öhdəliklərə riayət edilməsinin vacibliyini vurğulayıb, Cənubi Qafqazda vəziyyətin gedişatını yaxından izlədiyini söyləyib.

  Xatırladaq ki, Azərbaycan hökumətinin verdiyi açıqlamada ölkə prezidenti İlham Əliyev növbəti hərbi təxribatın da Ermənistan tərəfindən törədildiyini və Rusiya hərbi qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində atışma nəticəsində bir Azərbaycan əsgərinin həyatını itirdiyini bildirib.

  Azərbaycan ordusunun təxribatın qarşısını aldığını bildirən İ.Əliyev gərginliyin bütün məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü qeyd edib.

  Rusiya, Azərbaycan və Ermənistan dövlət başçıları üçtərəfli bəyannaməni 2020-ci il noyabrın 10-da imzalayıblar.



Әlaqәli Xәbәrlәr