Çində 80 min turist qapalı qaldı

Komendant saatı Sanyada turizm mövsümünün pik dövründə tətbiq edilib

1864710
Çində 80 min turist qapalı qaldı

 

  Çinin cənubundakı Sanya kurort şəhərində “Covid-19” məhdudiyyətləri elan edildikdən sonra 80 min turist qapalı qaldı.

  Tropik Haynan adasındakı şəhər isti tropik zona elan edib, “Covid-19”un yayılmasının qarşısını almaq üçün komendant saatı tətbiq olunub, məhdudiyyətlər 6 avqustdan qüvvəyə minib.

  80 min turistin qapalı qaldığı Sanyada bütün dəmiryol bilet satışları qadağan edilib, uçuşlar ləğv olunub. Şəhəri tərk etmək istəyən turistlər 7 gün ərzində 5 mənfi PCR testindən keçməlidir.

  Komendant saatı Sanyada turizm mövsümünün pik dövründə tətbiq edilib.



Әlaqәli Xәbәrlәr