Kabildә terror aktı, ölәn vә yaralananlar var
Bu barәdә Kabil Polis İdarәsindәn verilәn mәlumatda bildirilib.
1864406
Әfqanıstanın paytaxtı Kabildә şiәlәrin kompakt yaşadığı bölgәdә törәdilәn bombalı hücum nәticәsindә 8 nәfәr hәlak olub, 18 nәfәr dә yaralanıb.
Bu barәdә Kabil Polis İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, hadisә Kabilin Sarkariz bölgәsindә baş verib.
Hadisә yerinә tәcili tibbi yardım briqadaları göndәrilib.
Qeyd edәk ki, hücuma görә mәsuliyyәti terror tәşkilatı DEAŞ öz üzәrinә götürüb.
Әlaqәli Xәbәrlәr
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanında
ABŞ dövlət katibinin Səudiyyə Ərəbistanından sonra İsrail və İordaniyaya səfər edəcəyi gözlənilir