İsrail qüvvәlәri 23 fәlәstinlini dә saxlayıb

İsrail qüvvәlәri işğal altındakı İordan çayının qәrb sahilinin müxtәlif bölgәlәrinә basqın tәşkil edib.

1863905
İsrail qüvvәlәri 23 fәlәstinlini dә saxlayıb

İsrail qüvvәlәri işğal altındakı İordan çayının qәrb sahilinin müxtәlif bölgәlәrinә basqın tәşkil edib. Basqın zamanı 8-i eyni ailәdәn olmaqla 23 nәfәr saxlanılıb.

Bu barәdә Fәlәstin Әsirlәr Cәmiyyәtindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, İsrail qüvvәlәri Әl Xәlil, Beytullahim, Tulkerem vә Cenin şәhәrindәki bәzi evlәrә basqın tәşkil edib.

İşğal altındakı İordan çayının qәrb sahili vә Şәrqi Qüdsdәki evlәrә  vaxtaşırı basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Fәlәstin mәnbәlәrinә әsasәn, İsrail hәbsxanalarında tәxminә 4 500 fәlәstinli mәhbus var.


Etiketlәr: #basqın , #Fәlәstin , #İsrail

Әlaqәli Xәbәrlәr