Nigeriyada qatar xidmətləri dayandırılıb

Nigeriyada təhlükəsizlik problemlərinin artması səbəbindən ölkə üzrə qatar xidmətləri dayandırılıb.

1863409
Nigeriyada qatar xidmətləri dayandırılıb

Nigeriya Dəmir Yolu Şirkətinin (NRC) direktoru Fidet Oxiria verdiyi  açıqlamada silahlı şəxslərin Koqi əyalətindəki Ajaokuta qatar stansiyasında sərnişinlərə hücum etdiklərini  bildirib  və    təhlükəsizlik problemlərinin  artması   səbəbindən  ölkə   üzrə  qatar xidmətlərinin müvəqqəti   olaraq   dayandırılması  qərarına   gəlindiyini  qeyd  edib.   

Xatırladaq ki, Martın 28-də   terrorçuların  Kadunada qatar stansiyasına bombalı hücumu  nəticəsində  8 nəfər   həyatını  itirdi, 46 nəfər yaralandı. Həmin   hadisədən  sonra paytaxt Abuca ilə Kaduna arasında qatar səfərləri   dayandırıldı.



Әlaqәli Xәbәrlәr