Stefan Dujarrik Ukraynadakı humanitar vәziyyәtlә bağlı mәlumat verib
Ukraynada dinc əhalinin vəziyyətinin getdikcə ağırlaşdığı bildirilir.
Ukraynada dinc əhalinin vəziyyətinin getdikcə ağırlaşdığı bildirilib.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının mәnzil-qәrargahında keçirilən mətbuat konfransında çıxış edәn BMT-nin sözçüsü Stefan Dujarrik mәlumat verib.
“Ukraynadakı hәmkarlarımız son bir neçə gündə xüsusən də ölkənin cənubunda hava hücumlarının intensivlәşdiyini vә mülki әhalinin problemlәrlә üzlәşdiyi ilә bağlı mәlumat verib’’,-deyә Stefan Dujarrik qeyd edib.
Stefan Dujarrik münaqişə bölgəsində kiçik bir mülki yaşayış mәntәqәsinin vurulduğu bildirib.
"Humanitar təşkilatların mәlumatına görə, 3 mülki şəxs ölüb, xәsarәt alan 5 nәfәrin vәziyyәti ağırdır. Hәyata keçirilәn bombardmanlar nәticәsindә ağır itkilәr qeydә alınır. Son 48 saatda onlarla ev, bir neçə tibbi mәrkәz və mülki infrastruktura ciddi ziyan dәyib”,-deyә BMT rәsmisi vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb