Çin Xarici İşlәr Nazirliyi Nensi Pelosinin Tayvana etdiyi sәfәrlә bağlı bәyanat yayıb

Çin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini pisləyib.

1862844
Çin Xarici İşlәr Nazirliyi Nensi Pelosinin Tayvana etdiyi sәfәrlә bağlı bәyanat yayıb

Çin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini pisləyib.

Çin Xarici İşlәr Nazirliyi Nensi Pelosini daşıyan təyyarənin Tayvana çatmasından sonra bәyanat yayıb.

Bәyanatda  Çinin etirazlarına baxmayaraq hәyata keçirilәn  səfərin ‘‘Vahid Çin’’ prinsipi vә Çin ilә ABŞ arasındakı diplomatik əlaqələrinin tәmәlini tәşkil edәn ‘‘Üç Birgə Bəyannamə’’dəki öhdәliklәri pozduğu ifadә edilib.

‘‘Bu addım odla oynamaqdır. Odla oynayan özünü dә yandırar’’,-deyә bәyanatda vurğulanıb.

Çin Xarici İşlәr Nazirliyi Nensi  Pelosinin səfərinin Çinin suverenliyini və ərazi bütövlüyünü, elәcә dә Tayvan boğazında sülh və sabitliyi pozduğunu vә  Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrə yanlış siqnal verdiyini açıqlayıb.

"Dünyada yalnız bir Çin var və Tayvan onun ərazisinin ayrılmaz hissəsidir. Çin Xalq Respublikası hökuməti bütün Çinin yeganə qanuni tәmsilçisidir’’.



Әlaqәli Xәbәrlәr