Sudanda meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb

Ölkənin Səhiyyə Nazirliyi dünyada yayılmağa başlayan epidemiya ilə əlaqəli məlumat yayıb.

1861892
Sudanda meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb

Nazirliyin açıqlamasında ilk təsdiqlənmiş meymunçiçəyinə yoluxma halının qeydə alındığı və Milli İctimai Sağlamlıq Laboratoriyasının cümə axşamı Qərbi Darfur ştatından olan 16 yaşlı məktəblidə yoluxma halının təsdiqlədiyi bildirib. Beləcə şübhəli halların sayının 38-ə yüksəldiyi və Qərbi Darfur əyalətindəki hadisə istisna olmaqla, hamısının mənfi olduğu vurğulanıb.

Endemik virusun törətdiyi nadir xəstəliklərdən biri kimi tanınan meymunçiçəyi Konqo və Qərbi Afrika variantı olmaqla iki növdür.

Heyvandan insana, nadir hallarda isə insandan insana yoluxan virus bədəndə qızdırma və qaşınma qabarcıqlarına səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının iyulun 27-də verdiyi açıqlamada 78 ölkədən 18 mindən çox yoluxmanın təsdiqləndiyi, yoluxmaların 70%-nin Avropa regionunda, 25%-nin isə Amerika regionunda olduğu bildirilib.

 



Әlaqәli Xәbәrlәr