Almaniyada pilotlar tətilə çıxmağa hazırlaşırlar

Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotlarının əksəriyyəti maaşla əlaqədar tətilə çıxılmasını  istəyir  və  qərara  dəstək verir.

1861861
Almaniyada pilotlar tətilə çıxmağa hazırlaşırlar

Pilotların həmkarlar ittifaqı olan “Vereinigung Cockpit” (VC) məlumat yayıb  : “   Tətilə   ilə  əlaqəli  keçirilən səsvermədə iştirak edən pilotların 97,6 faizi tətil qərarını dəstəkləyib”.

Tətilə çıxılmaması üçün “Vereinigung Cockpit” pilotların maaşının bu il 5,5 faiz artırılmasını, gələn ilin əvvəlindən isə inflyasiyaya uyğun avtomatik indeksasiyasını tələb edir. “Lufthansa” aviaşirkətinin rəhbərliyi ilə 6 raund danışıqlar olsa da, aviaşirkətin rəhbərliyi müzakirə predmeti olacaq təkliflə çıxış etməyib.

Qeyd edək ki, bundan əvvəl iyulun 27-də “Lufthansa”-da sərnişinlərə xidmət, yüklərin daşınması, təyyarələrinin texniki yoxlanması sahəsində çalışan əməkdaşları 1 günlük tətil elan ediblər. Nəticədə 1000 reys ləğv olunub ki, bu da 134 min sərnişini əhatə edib.

 



Әlaqәli Xәbәrlәr